Sumqayıtda servis avtobusu qəzaya düşdü, ölən var
23 fevral 2023 13:43 (UTC +04:00)

Sumqayıtda servis avtobusu qəzaya düşdü, ölən var

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Şəhərdə fəaliyyət göstərən müəssisələrdən birinin servis avtobusu qəzaya uğrayıb. Qəza nəticəsində sürücü - 1961-ci il təvəllüdlü Xəlil Cavadov dünyasını dəyişib. Sürücü avtobusda tək olub. İlkin məlumata görə, sürücü sükan arxasında ürək tutmasından vəfat edib, bundan sonra qəza olub.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 2226
avatar

Oxşar yazılar