“Utanmıram, günahkar da deyiləm” - həmcinsi ilə nişanlanan  jurnalist
17 aprel 2024 16:00 (UTC +04:00)

“Utanmıram, günahkar da deyiləm” - həmcinsi ilə nişanlanan jurnalist

Azərbaycanlı telejurnalist Natiq Nailəoğlunun Amerikada həmcinsi ilə nişanlanması xəbəri dünən cəmiyyətdə böyük müzakirələrə səbəb olub. Bu gün jurnalist sosial şəbəkə hesabında paylaşım edərək, məsələyə fikir bildirib.

Lent.az-ın xəbərinə görə, o, xəbərlərin yayılmasından sonra təhdid və təhqirlərə məruz qaldığını bildirib.

"Ötən gün yayılan xəbərlərdən sonra təhqir etdiniz, ölümlə təhdid edənləriniz oldu. “Çıx yalandır de” yazan, məsləhət verənlər də var idi. Səbəb? Niyə belə bir açıqlama edim? Mən yaşadığım heç bir hiss üçün utanmıram! Bu mənəm və yaşadığım da mənim həyatımdır. Dostlarımla, məni izləyən insanlarla həyatımın xoş anını paylaşdım. Sizin istədiyiniz kimi həyat yaşamadığım üçün utanmalıyam? Yaxud da özümü günahkar hiss etməliyəm? Əlbəttə yox. Nə edək? Hisslərimizi ört-basdır edib, bu xalqın mentaliteti var, mədəniyyəti fərqlidir deyə, ikili bəzən də üçlü “şəxsiyyət”i oynayaq? “Ətraf nə deyər?”, “tez-bazar bir qızla evlən qoy desinlər kişi’dir məntiqilə yaşayaq? Bu məntiqlə neçə nəfəri bədbəxt etmisiniz? Etməkdə də davam edirsiniz… Yaşamaq istədiyiniz, lakin yaşaya bilmədiyiniz heç nə üçün insanları ittiham etməyin. Aynanın qarşısına keçin, özünüzə “mən nə istəyirəm” sualını verin. Uzaqlaşın qohum-əqrəba, qonum-qonşu, mentalitet təfəkküründən. Ətraf danışacaq, deyinəcək və bir zaman sonra susacaq! Amma keçən sizin həyatınız olacaq. Siz itirəcəksiniz. Zaman-zaman hisslərinizi, sonra da özünüzü. Bir zaman gələcək, nə istədiyinizi belə anlamayacaqsınız. İnsanlığınızı, mənliyinizi itirmədən yaşayın! Mən xoşbəxtəm! Ömrümün sonuna qədər də azadlığımı, öz fikrimi bütün olan və olacaqlardan daha üstün tutacağam!".

Qeyd edək ki, Natiq Nailəoğlu əcnəbi əmlak agenti, 34 yaşlı Endryu Kordner ilə nişanlanıb.

# 4404
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14