Sürücünün sükan arxasında ürəyi dayandı,  maşını kanala düşdü
02 mart 2026 13:15 (UTC +04:00)

Sürücünün sükan arxasında ürəyi dayandı, maşını kanala düşdü

0

Siyəzən rayonunda avtomobil su kanalına aşıb.

Lent.az xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.

Şabran rayon sakini 72 yaşlı Feyruz Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 MU 248 N-li avtomobil yolun kənarındaki su kanalına aşıb.

Hadisənin sürücünün ürək çatışmazlığından ölməsi səbəbindən baş verdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 519

Oxşar yazılar