Tramp:  İran hərbçiləri  silahı yerə qoymasa, öləcəklər
02 mart 2026 01:36 (UTC +04:00)

Tramp: İran hərbçiləri silahı yerə qoymasa, öləcəklər

0

ABŞ Prezidenti Donald Tramp İran Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərini, eləcə də polis əməkdaşlarını silahı yerə qoymağa çağırıb.

Lent.az xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında yazıb.

“Bir daha SEPAH-ı, İran hərbçilərini və polisi silahı yerə qoymağa və tam toxunulmazlıq əldə etməyə çağırıram. Əks halda,  onları qaçılmaz ölüm gözləyir”, –Tramp qeyd edib.

ABŞ Prezidenti döyüş əməliyyatlarının məqsədə çatana qədər  davam edəcəyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar