Şuşaya ilk bayraq sancan qəhrəmanın anası vəfat etdi
30 dekabr 2025 10:30 (UTC +04:00)

Şuşaya ilk bayraq sancan qəhrəmanın anası vəfat etdi

0

Şuşaya ilk bayraq sancan Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun anası vəfat edib

Vətən Müharibəsi Qəhrəmanına ağır itki üz verib.

Lent.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun anası Zərniyar Hüseynova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Zərniyar Hüseynova şəhid oğlu Füzuli Hüseynovun dəfn edildiyi Ağdam rayonu Mirəşelli kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, mərhumun birinci Qarabağ Müharibəsində bir oğlu şəhid, iki oğlu isə qazi olub. Yaşar Hüseynov Şuşa şəhərinə ilk bayraq sancan döyüşçü kimi yadda qalıb.

Ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib. 

"Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar