Təcavüzdə təqsirləndirilən deputatın səlahiyyətləri əlindən alındı
27 sentyabr 2023 10:52 (UTC +04:00)

Təcavüzdə təqsirləndirilən deputatın səlahiyyətləri əlindən alındı

Primorsk diyarının Qanunvericilik Məclisi təcavüzdə təqsirli bilinən deputat Artem Samsonovun səlahiyyətlərini əlindən alıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, uşağa təcavüzlə bağlı məhkəmə qərarı qanuni qüvvəyə mindiyi üçün deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

İstintaqın məlumatına görə, 2018-ci ildə uşaq düşərgəsində istirahət edərkən Samsonov tanışının 11 yaşlı oğluna “intim xarakterli obyekt” göstərməyə və seks oyuncağının məqsədini izah etməyə başlayıb.

Deputat yalnız 2021-ci ildə saxlanılıb. O, günahını etiraf etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2827

Oxşar yazılar