Bakıda 23 yaşlı oğlan arvadını armaturla  döydü - Kobud danışığa  görə
12 sentyabr 2026 19:57 (UTC +04:00)

Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə

0

Bakıda gənc oğlan arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

23 yaşlı Müslüm Səfərovla (şərti adla) həyat yoldaşı arasında qonaq otağında mübahisə düşüb. Buna səbəb qadının onunla kobud danışması olub. Mübahisə zamanı Müslüm dəmir armaturla arvadının qol, əl və ayaq nahiyələrinə zərbələr vuraraq, xəsarətlər yetirib.

Faktla bağlı Müslüm Səfərov saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən və zərərçəkən şəxs ifadələrində barışdıqlarını, eləcə də dəymiş ziyanın ödənildiyini bildiriblər. Həmçinin zərərçəkən qadın ərindən şikayətçi olmayıb.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və M. Səfərov məsuliyyətdən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar