Şəmkirdə yanğın hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Kənd sakini 65 yaşlı M.İsmayılova məxsus 200 kv metr sahəsi olan 6 otaqlı evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı ümumi sahəsi 200 kv.m. olan bir mərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 4 otağının yanar konstruksiyaları 160 kv.m. sahədə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.
Xoşbəxtlikdən yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu