Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı
12 sentyabr 2026 21:38 (UTC +04:00)

Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı

0

 

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan TIR markalı yük avtomobili ilə “Chevrolet” markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən yük avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə TIR-ın yük yerində olan “Slavyanka” markalı sular plastik qablardan yola dağılıb. Bu səbəbdən Şəmkir-Gədəbəy avtomobil yolunda hərəkət müvəqqəti dayanıb və tıxac yaranıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qısa müddət ərzində yol təmizlənərək hərəkət bərpa edilib.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar