Yaponiyada atletika çempionatı zamanı 28 nəfər  zəhərləndi
12 sentyabr 2026 22:18 (UTC +04:00)

Yaponiyada atletika çempionatı zamanı 28 nəfər zəhərləndi

0

Yaponiyanın Kioto şəhərində keçirilən yerli atletika çempionatı zamanı azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Xəstəxanaya yerləşdirilənlərin hamısının yarışın təşkilində iştirak edən şəxslər və texniki heyətin üzvləri olduğu bildirilir.

İlkin məlumata görə, onların nahar qutularında təqdim olunan yeməklərdən zəhərləndikləri ehtimal olunur.

Hadisənin idmançılar və tamaşaçılar arasında kütləvi zəhərlənməyə səbəb olmadığı vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar