TikTok-da “cin” çıxaran falçını polis saxladı
02 sentyabr 2026 11:00 (UTC +04:00)

TikTok-da “cin” çıxaran falçını polis saxladı

0

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib.

Lent.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanla rastlaşıb.

Elan sahibi zərərçəkəni övladındakı “cini çıxaracağı” vədi ilə aldadaraq 3500 manat maddi vəsaitini ələ keçirib.

Zərərçəkənin şikayəti əsasında Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı L.İsmayılova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar