Makronun ögey qızı anasının yolunu gedir - 20 yaş kiçik oğlanla...
01 sentyabr 2026 19:00 (UTC +04:00)

Makronun ögey qızı anasının yolunu gedir - 20 yaş kiçik oğlanla...

0

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronun 42 yaşlı qızı Tiphen Ozyer özündən 20 yaş kiçik tələbə oğlanla münasibət qurub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onun sevgilisi 22 yaşlı Antuan Lekontdur.

Məlumata görə, cütlük bu yay Fransanın Le-Tuke şəhərində tanış olub. Lekont həmin vaxt su idman növləri üzrə təlimçi kimi çalışıb və Tiphenə elektrikli sörf taxtasından istifadə etməyi öyrədib.

Antuan Lekont biznes məktəbində təhsil alır, eyni zamanda su idman növləri ilə məşğul olur.

Cütlük münasibətlərini avqustun sonunda sosial şəbəkədə paylaşdıqları görüntülərlə ictimailəşdirib. Onların Amsterdam səfərindən birlikdə fotoları da yayımlanıb.

Xarici media Tiphen Ozyerlə sevgilisi arasındakı 20 yaş fərqini onun anası Brijit Makronla Emmanuel Makronun münasibəti ilə müqayisə edib.

Hazırda Brijit Makronun 73, Emmanuel Makronun isə 48 yaşı var.

Məlumata görə, Brijit Makron qızının seçiminə qarşı çıxmayıb və onun üçün əsas məsələnin övladının xoşbəxtliyi olduğunu bildirib.

Tiphen Ozyer hüquqşünas və yazıçıdır. Antuan Lekont isə sahibkarlıqla yanaşı, kaytsörfinq və e-foil üzrə də fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 62

Oxşar yazılar