Tovuzda binada YANĞIN:  xəsarət alan var - YENİLƏNİB
04 aprel 2025 13:33 (UTC +04:00)

Tovuzda binada YANĞIN: xəsarət alan var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz şəhəri, Vaqif küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın qısa müddətdə södürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 kv.m. olan üçotaqlı mənzilin yanar konstruksiyaları yanıb, qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı köməksiz vəziyyətdə qalmış 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas olunub, 7 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, xəsarət almış 1 nəfər isə təcili tibbi yardım briqadasına təhvil verilib.

***

saat 12:55

Tovuzda yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb.

Bu barədə Lent.az-a FHN-dən bildirilib.

İlkin məlumata görə, 4 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb.

Qeyd edək ki, hadisə şəhər ərazisində beşmərtəbəli binanın birinci mərtəbəsində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1808

Oxşar yazılar

Kamran Əliyev bu cinayət işləri  ilə bağlı tapşırıq verdi

Kamran Əliyev bu cinayət işləri ilə bağlı tapşırıq verdi

8 avqust 2025 , 16:10
Lotereya oğrusu TUTULDU

Lotereya oğrusu TUTULDU

8 avqust 2025 , 13:08
Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

Əlini pəncərədən çıxaran sürücülərə XƏBƏRDARLIQ

8 avqust 2025 , 12:34
Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

Bakıda kişi spirtdən komaya düşüb ÖLDÜ

8 avqust 2025 , 12:10
Baş prokurordan YENİ TƏYİNAT

Baş prokurordan YENİ TƏYİNAT

8 avqust 2025 , 11:48
Siyəzəndə kütləvi zəhərlənmə

Siyəzəndə kütləvi zəhərlənmə

8 avqust 2025 , 11:00
Bakı metrosunda qadının doğduğu  köprənin SON DURUMU -YENİLƏNİB

Bakı metrosunda qadının doğduğu köprənin SON DURUMU -YENİLƏNİB

8 avqust 2025 , 09:58
Bakıda FACİƏ:  avtobus piyadanı vurub öldürdü

Bakıda FACİƏ: avtobus piyadanı vurub öldürdü

8 avqust 2025 , 09:56