Tovuzda traktor aşdı, sürücü öldü
25 sentyabr 2022 20:45 (UTC +04:00)

Tovuzda traktor aşdı, sürücü öldü

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan traktorun sürücüsü idarəetməni itirib.

Nəticədə traktor yoldan çıxaraq aşıb.

Qəza zamanı 50 yaşlı Asil Şamilov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 2460
avatar

Oxşar yazılar