Hindistanın Kerala ştatında xəstəxana əməkdaşları doğuşdan sonra anasının pəncərədən atdığı körpənin həyatını xilas ediblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 19 yaşlı qız qarın ağrıları şikayəti ilə tibbi yardım üçün xəstəxanaya müraciət edib.
Lakin o, ginekoloji müayinədən keçməkdən imtina edərək tualetə yollanıb. Bir müddət sonra tibb işçiləri zəif körpə ağlaması səsi eşidiblər. Əraziyə baxış zamanı xəstəxananın pəncərələrinin altında, sahibsiz itlərin yaxınlığında yeni doğulmuş körpə tapılıb.
Tibb müəssisəsinin əməkdaşları hesab edir ki, ana körpəni pəncərədən atıb. Hazırda uşağın həyatı təhlükədə deyil. Körpə anası ilə birlikdə uşaq xəstəxanasına köçürülüb.
Hadisə ilə bağlı araşdırma aparılıb-aparılmadığı isə açıqlanmır.