Ucar sakini  narkozdan   komaya düşdü, 81 gün sonra öldü
05 iyul 2025 17:09 (UTC +04:00)

Ucar sakini narkozdan komaya düşdü, 81 gün sonra öldü

Komaya düşən Ucar sakini 81 gün sonra vəfat edib.

Lent.az-ın xəbərinə görə, 26 yaşlı Sübhan Hüseynov müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib. 

Qeyd edək ki, aprelin 15-də səhhətində yaranan problemlə əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən rayonun Qazyan kənd sakini Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan əməliyyat olunması məsləhət görülüb.

Əməliyyata hazırlanan S. Hüseynova verilən narkozdan sonra o, kamotoz vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə hospitalizasiya olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 460

Oxşar yazılar