Ucarda evə BASQIN : Qadının əl-qolunu bağlayıb...
17 fevral 2023 09:47 (UTC +04:00)

Ucarda evə BASQIN: Qadının əl-qolunu bağlayıb...

0

Ucarda evə basqın olunub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, rayon sakini Nurayyə Mirzə qızı Həsənova Ucar RPŞ-nə ərizə ilə müraciət edərək yaşadığı evə üzərində qara rəngli maska olan iki nəfər şəxsin basqın etməsi ilə bağlı məlumat verib. 

Onun sözlərinə görə, basqın edən iki nəfər şəxs əl-qolunu yapışqan lentlə bağlayaraq yük döşəklərinin altında olan 7 min manat nağd pulu götürüb qaçıblar. 

Cinayəti törətməkdə şübhəli bilinən Müşfiq Cavanşir oğlu Kərimov və Cavanşir İbad oğlu Kərimov tutulub. Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1995

Oxşar yazılar