"Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi
08 oktyabr 2026 21:12 (UTC +04:00)

"Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edildi

0

"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edilib.

Lent.az sosial mediaya istinadən xəbər verir ki, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə və birliyin məsul əməkdaşı Səbuhi Məmmədov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurlar. 

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onların həbsi barədə hələlik rəsmi məlumat yoxdur.

Qeyd edək ki, "Vətənpərvərlər" İctimai Birliyinin sədri Elvin Mahmudzadə bundan əvvəl, 2023-cü ildə də həbs edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5672

Oxşar yazılar