Xaçmazda maşın ağaca çırpıldı: sürücü öldü,  sərnişin yaralandı -YENİLƏNİB
17 fevral 2025 09:45 (UTC +04:00)

Xaçmazda maşın ağaca çırpıldı: sürücü öldü, sərnişin yaralandı -YENİLƏNİB

Dünən Xaçmaz rayonu, Xudat şəhərində yaşayan 26 yaşlı Murad Məlikməmmədovun “Mercedes Benz C180 MİNİK” markalı avtomobillə törətdiyi hadisə ilə bağlıyeni məlumatlar var.

Lent.az-ın əldə etdiyi məlumata görə, 16 fevral 2025-ci il tarixdə saat 19 radələrində Qusar-Xudat avtomobil yolunun Xaçmaz rayonu, İdrisoba kəndindən keçən hissəsində Qusar rayonu istiqamətində hərəkətdə olan zaman yolun sərt döngəsində özü ilə əks istiqamətdə hərəkətdə olan 35 yaşlı Qusar rayonu, Çubuqlu qəsəbəsində yaşayan Vəlimatov Dövlət İlahəddin oğlunun idarə etdiyi “Vaz 21074 MİNİK” markalı avtomobilin hərəkət zolağına çıxaraq idarəetməni itirib yolun sağ kənarında olan ağaclara, “Vaz 21074 MİNİK” markalı avtomobili isə öz hərəkət zolağından çıxaraq yolun sağ kənarında olan ağaca dəyərək dayanmış, nəticədə “Mercedes Benz C180 MİNİK” markalı avtomobilin sürücüsü Murad Məlikməmmədov aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölmüş, sonuncunun idarə etdiyi avtomobildə 19 yaşlı Günlar Hüseynova və “Vaz 21074 MİNİK” markalı avtomobilin sürücüsü Dövlət Vəlimatov isə xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb.

 

***

16 fevral, saat 21:12

 

Xudat-Qusar yolunun Xaçmaz rayonunun Köhnə Xudat kəndi yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan 26 yaşlı Murad Məlikməmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sərnişin Gülnar Hüseynova müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1996

Oxşar yazılar

Gəncədə 31 yaşlı kişini küçədə bıçaqladılar

Gəncədə 31 yaşlı kişini küçədə bıçaqladılar

22 mart 2025 , 04:20
Lənkəranda hosteldə meyit tapıldı

Lənkəranda hosteldə meyit tapıldı

21 mart 2025 , 19:44
Gözətçinin meyiti məktəbdə tapıldı

Gözətçinin meyiti məktəbdə tapıldı

21 mart 2025 , 19:18
Evdə qaz balonu partladı-Xəsarət alanlar var

Evdə qaz balonu partladı-Xəsarət alanlar var

21 mart 2025 , 19:02
Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

21 mart 2025 , 18:34
Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

21 mart 2025 , 17:53
Bakıda bayram günü zəncirvarı qəza

Bakıda bayram günü zəncirvarı qəza

21 mart 2025 , 17:35
Bilmədən sirkə turşusu içdi, öldü

Bilmədən sirkə turşusu içdi, öldü

21 mart 2025 , 16:18