Ronaldo Portuqaliya millisinin start heyətinə  düşmədi
27 sentyabr 2026 22:34 (UTC +04:00)

Ronaldo Portuqaliya millisinin start heyətinə düşmədi

0

Beşqat “Qızıl top” mükafatçısı Kriştianu Ronaldo Portuqaliya millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda Norveçə qarşı keçirəcəyi oyunun start heyətinə daxil edilməyib.

Lent.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüş Osloda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ronaldo qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayacaq.

Portuqaliya millisinin Uels yığmasına 1:0 hesabı ilə qalib gəldiyi ilk tur matçında Ronaldo 67-ci dəqiqədə əvəzlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 107

Oxşar yazılar