
Azərbaycanda DƏHŞƏT: yeniyetməni qanına buladılar
Yevlax rayonunda qətl törədilib.
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 9-da saat 20 radələrində rayonun Havarlı kəndində baş verib. Kənd sakini 1999-cu il təvəllüdlü Çuqay Yasin Göyüş oğlu yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı üzərində olan bıçaqla həmkəndlisi 2002-ci il təvəllüdlü Nəzərov Rasim Abid oğlunun döş qəfəsinə xəsarəti yetirib.
Zərərçəkmiş dərhal Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Təxirəsalınmaz tibbi-cərrahi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar yazılar

Aeroport yolunda QƏZA: tıxac yarandı
16 avqust 2025 , 11:08
Cəlilabadda ŞOK: yoldan çiyələk alan gənc oğlan qəfil öldü
16 avqust 2025 , 10:53
Bakıya xalasıgilə gələn qız itkin düşdü
16 avqust 2025 , 10:31
Zaqatalada müəmmalı ÖLÜM: kəndlinin meyiti tapıldı
16 avqust 2025 , 10:17
Bakıda evdə PARTLAYIŞ: yaralanan var
16 avqust 2025 , 09:38
Gəncədə şagirdin meyiti tapıldı
16 avqust 2025 , 09:29
Goranboyda yanğın törədən kəndli saxlanıldı
16 avqust 2025 , 09:23