18 yaşlı oğlan müəmmalı şəkildə bıçaqlandı
06 avqust 2017 00:10 (UTC +04:00)

18 yaşlı oğlan müəmmalı şəkildə bıçaqlandı

0

Goranboy sakini bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü İsazadə Elvin Ömər oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. 18 yaşlı oğlanın kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar