19 rayonda buraxılış imtahanları keçirilir
12 iyun 2013 10:04 (UTC +04:00)

19 rayonda buraxılış imtahanları keçirilir

Bu gün TQDK Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, IX sinif şagirdləri üçün imtahan saat 10:00-da başlayıb, XI sinif şagirdləri isə saat 15:00-da imtahan verəcəklər.

 

İmtahan Yevlaxda 3, Bərdədə 5, Tərtərdə 2, Daşkəsəndə 1, Gəncədə 6, Göygöldə 2, Samuxda 2, Naftalanda 1, Goranboyda 3, Şəmkirdə 6, Gədəbəydə 3, Ağıstafada 2, Qazaxda 3, Tovuzda 5, Göyçayda 3, Ucarda 2, Kürdəmirdə 4, Ağdaşda 3, Zərdabda isə 2 binada təşkil olunacaq.

 

İmtahanda 26301 nəfər IX sinif şagirdinin (Yevlaxda 1403, Bərdədə 2257, Tərtərdə 991, Daşkəsəndə 399, Gəncədə 2976, Göygöldə 1020, Samuxda 819, Naftalanda 82, Goranboyda 1627, Şəmkirdə 2898, Gədəbəydə 1202, Ağstafada 984, Qazaxda 1129, Tovuzda 2306, Göyçayda 1534, Ucarda 1022, Kürdəmirdə 1393, Ağdaşda 1544, Zərdabda isə 715) iştirakı nəzərdə tutulub. İmtahanın (9-cu sinif) idarə olunması üçün 2198 nəzarətçi-müəllim ayrılıb. 

 

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 58 imtahan mərkəzi ayrılıb. İmtahanda 19910 nəfər XI sinif şagirdinin (Yevlaxda 1227, Bərdədə 1546, Tərtərdə 798, Daşkəsəndə 254, Gəncədə 2260, Göygöldə 803, Samuxda 559, Naftalanda 53, Goranboyda 1251, Şəmkirdə 2517, Gədəbəydə 821, Ağıstafada 801, Qazaxda 950, Tovuzda 1648, Göyçayda 1107, Ucarda 727, Kürdəmirdə 1094, Ağdaşda 978, Zərdabda isə 516) iştirakı nəzərdə tutulub.

 

Hər iki imtahana ümumilikdə 163 imtahan rəhbəri cəlb edilib.

# 539

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20