20 yaşlı kursant öldü
08 iyun 2013 11:13 (UTC +04:00)

20 yaşlı kursant öldü

Azərbaycanda hərbi kursant xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qeydə alınıb.

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursunda təhsil alan 1993-cü il təvəllüdü Cavadzadə Kənan Şakir oğlu bu gün səhər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.

 

Onun ölümünə son dərəcə ağır qiymətləndirilən və xroniki (bəd xassəli) hepatit mədə bağırsaq qanaxması ilə fəsadlaşan xəstəlik səbəb olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya kursantın ölüm faktını təsdiqləyiblər. 

# 3328
avatar

Oxşar yazılar