21 Azər ərəfəsində tutulanlar olub
15 dekabr 2012 07:46 (UTC +04:00)

21 Azər ərəfəsində tutulanlar olub

0

Tehran son günlərdə Güney Azərbaycanda bir neçə ictimai fəalı həbs edib.

Lent.az-ın Güney Azərbaycanyönlü mənbələrə istinadən məlumatına görə,  Mehdi Həmidi Şəfiq, Əzizullah Purvəli, Həsən Ərk və Əhməd Riyazinin ardınca ötən gün Mehdi (Elman) Nuri də tutulub.

Mənbənin məlumatına əsasən, Azərbaycan Milli Hökumətinin qurulumasının 67-ci ilönümü ərəfəsində ictimai-mədəni fəal Abbas Nəzəri ETTELAAT-ın Əhərdəki şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun tanıyanların dediyinə görə,o, Əhərdə 21 Azərlə əlaqədar vərəqə payladığı üçün tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 741

Oxşar yazılar