23 yaşlı qız ağacdan yıxıldı, [b]xəstəxanalıq oldu[/b]
11 iyun 2018 01:44 (UTC +04:00)

23 yaşlı qız ağacdan yıxıldı, [b]xəstəxanalıq oldu[/b]

0

Şəkidə 23 yaşlı qız gilas ağacından yıxılıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatının görə, bu gün axşam saat 18 radələrində Şəki şəhəri M. Ə. Rəsulzadə küçəsində yaşayan, 1995-ci il təvəllüdlü Nurlan Mübariz qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya verilən məlumatda bildirlib ki, 23 yaşlı Nurlan Əliyeva nənəsinin həyətyanı sahəsindəki gilas ağacından yıxılıb. Nəticədə N. Əliyevanın  11 və 12-ci döş fəqərələri sınıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar