Dekabrın 23-də Lənkəran rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şirinsu kənd sakini 2 yaşlı Nural Quliyev kanala düşərək boğulub.
N.Quliyevin meyiti kanaldan çıxarılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.