
30 yaşlı kişini bıçaqlayıb qaçdılar
Abşeronda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, Abşeron rayonu, Saray qəsəbə sakini 1989-cu il təvəllüdlü Xocayev Nəriman Xudaverdi oğlu qəsəbə ərazisində naməlum şəraitdə bıçaqlanıb. O, döş qəfəsinin arxa tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım şöbəsinə gətirilib.
Bıçaqlanan şəxs əməliyyatda olduğu üçün dindirilməsi mümkün olmayıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi üçün əməliyyat və istintaq tədbirləri davam edir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28