Gigiyena və Epidemiologiya Mərkəzi bir sıra obyektlərdə yoxlamalar aparıb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 902, mikrobioloji göstəricilərinə görə 966, toksikoloji göstəricilərinə görə 231, radioloji göstəricilərinə görə 30 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub.
Nümunələrin 14-də orqanoleptik və fiziki-kimyəvi, 13-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
Şadlıq evlərindən 2999 yaxma, 125 soyuq qəlyanaltı nümunəsi götürülüb, 64 yaxmada mikrobioloji çirklənmə aşkar edilib.
Noyabr ayı ərzində əhali arasında 52 qida zəhərlənməsi hadisəsi baş verib, 61 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 4 nəfər zərərçəkən olub.