9 həyətdən 31 quş oğurlayan şəxs ələ keçdi
25 iyul 2017 13:19 (UTC +04:00)

9 həyətdən 31 quş oğurlayan şəxs ələ keçdi

0

Sabirabadda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayının 15-də rayon ərazisindəki həyətyanı sahələrdən birindən 4 ev quşu və 1 göyərçin oğurlamaqda şübhəli bilinən rayon sakini Elşən Əsgərov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun cari ilin yanvar ayından iyul ayınadək olan müddətdə 9 həyətyanı sahədən də ümumilikdə 31 ev quşu və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar