Bu gün Xırdalan şəhərində naməlum kişi meyiti tapılıb. Abşeron rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 28-ci məhəllə 7 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının zirzəmisindən orta yaşlı kişi meyiti tapılıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, ölən şəxs 1962-ci il təvəllüdlü Süleymanov Ərəstun Məhəmmədiyə oğludur. Onun xeyli müddətdir ki, evi tərk etdiyi, küçələrdə yaşadığı bildirilir.
Ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.