"28 May" metrosunda qadına hücum edən keçmiş məhkum tutuldu
27 iyun 2018 12:38 (UTC +04:00)

"28 May" metrosunda qadına hücum edən keçmiş məhkum tutuldu

0

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində ictimai nəqliyyatda soyğunçuğa cəhd edən şəxs cinayət başında yaxalanıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 26-da saat 8 radələrində metronun “28 May” stansiyasının girişində naməlum şəxs bir qadının çantasını açıq talama yolu ilə alaraq aradan çıxmağa çalışıb. Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxs yaxalanıb.

Araşdırmalarla onun  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir İsrafilov olduğu müəyyən edilib.

Metropolitendə Polis Şöbəsində saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar