
6 yaşlı uşağın MÜƏMMALI ÖLÜMÜ: baş həkim danışdı
“Ölən 6 yaşlı uşaq 6 saylı uşaq poliklinikasının qeydiyyatında deyil”.
Bu sözləri Lent.az-a Nərimanov rayon 6 saylı uşaq poliklinikasının baş həkimi Gülşən Kərimova deyib. O, Ayan Şahbazlı ad və soyadında vətəndaşın poliklinikanın qeydiyyatında olmadığını bildirib:
"Bu barədə KİV-də yayımlanan məlumatlar yanlışdır. Xəbəri yazanlar hadisəni dəqiqləşdirmədən yazıblar. Bizə də dəqiq məlum deyil ki, uşaq təcili tibbi yardım maşınında dünyasını dəyişib, ya yox. Deyilənə görə, uşaq ağır durumda rayondan gətirilib. Ayan Şahbazlı nə 6 saylı poliklinikanın, nə də ümumiyyətlə, Nərimanov rayonunun qeydiyyatında deyil”.
Qeyd edək ki, dünən mediada 6 yaşlı Ayan Şahbazlının Nərimanov rayonundakı 6 saylı uşaq poliklinikasında dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. İlkin məlumata görə, Ayan Şahbazlı şəkərli diabet xəstəsi idi. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar yazılar
Yanğın törədənlər məsuliyyətə cəlb olundu
15 avqust 2025 , 20:43
Ermənilərin Zəngilana hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
15 avqust 2025 , 20:15
Xaçmazda FACİƏ: maşın ustasını "tok" vurub öldürdü
15 avqust 2025 , 19:41
Şərurlu İsfəndiyarın milyonluq maşınlarına HƏBS QOYULDU
15 avqust 2025 , 17:58
Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi - YENİ FAKTLAR
15 avqust 2025 , 17:12Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32
"Öldürülən qardaşımın nəşi indiyədək tapılmayıb" - Ermənilərin məhkəməsi
15 avqust 2025 , 14:14