“Aqrolizinq”in nümayəndəliyində nöqsanlar aşkar edildi
24 noyabr 2017 18:13 (UTC +04:00)

“Aqrolizinq”in nümayəndəliyində nöqsanlar aşkar edildi

0

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad Regional nümayəndəliyinin işində nöqsanlar aşkar edilib.

 

Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

 

Məlumatda bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad Regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən  4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyətinin daxili auditi aparılıb. Audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib.

 

Müəyyən edilən nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar