“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda bayram tədbiri
18 aprel 2013 23:52 (UTC +04:00)

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda bayram tədbiri

0

 

Aprelin 18-də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə bayram tədbirləri keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm naziri Əlülfəs Qarayev, millət vəkilləri və  digər dövlət  rəsmiləri iştirak edib.

 

Tədbirin bədii hissəsi "xalq gəzintisi" formatında təşkil edilib, qonaqlara və ictimaiyyət nümayəndələrinə  konsert proqramı və meydan tamaşaları təqdim edilib.

 

Rəsmi hissədə çıxış edən nazir Əbülfəs Qarayev  tədbirin yeni təmir-bərpa olunan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilməsini xüsusi qeyd edərək, dövlətin maddi və qeyri-maddi irsin qorunmasındakı rolundan söz açıb. Onun sözlərinə görə, respublika ərazisində son 5 ildə 1700-ə qədər yeni maddi irs tapılaraq qeydiyyata alınıb. Nazir Azərbaycanda maddi irslər kimi  qeyri-maddi irslərin də qorunmasının əhəmiyyətini diqqətə çatdırıb.

 

 

Tədbirdə həmçinin ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs mükafatı"nın 2013-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi  keçirilib. Azərbaycan mədəni irsinin tədqiqində xidmətlərinə görə memar Davud Axundov (ölümündən sonra) və AMEA-nın Arxeologoya və Etnoqrafiya İnstitutunun Tovuz Arxeoloji Ekspedisiyası, mədəni irsin təbliğində xidmətlərinə görə Romualdo del Bianco Fondunun prezidenti Paulo del Biyanko və “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyi, mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova və “SEBA” Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova “Milli irs mükafatı”na layiq görülüb.

 

Qeyd edək ki,  Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şurasının (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) tövsiyələri əsasında hər il 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 941

Oxşar yazılar