“Azadlıq” qəzetinin əməkdaşı DİN-ə çağrılıb
04 aprel 2013 20:04 (UTC +04:00)

“Azadlıq” qəzetinin əməkdaşı DİN-ə çağrılıb

0

“Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi Daxili İşlər Nazirliyində (DİN) olub.

 

Bu barədə APA-ya məlumat verən Seymur Həzi qeyd edib ki, o, bu gün DİN-nin İstintaq İdarəsinin əməkdaşları ilə görüşüb: “Daxili İşlər Nazirliyində olmağımın səbəbi 2011-ci ildə gecə vaxtı hücuma məruz qalmağımla bağlı başlanan cinayət işi üzrə istintaqın hazırkı mərhələsi ilə tanış olmaqdan ibarət idi. Mənə dedilər ki, istintaq davam edir, məsələ Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətindədir və cinayətin üstü mütləq açılacaq”.

 

Seymur Həzi həmçinin son günlər naməlum şəxslər tərəfindən  izlənməsi barədə də DİN əməkdaşlarına məlumat verib.

 

Qeyd edək ki, Seymur Həzi 2011-ci il martın 26-na keçən gecə naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisəni törədən şəxslər hələ də tutulmayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 741

Oxşar yazılar