“Azdrama”da ilin son premyerası
26 dekabr 2012 11:24 (UTC +04:00)

“Azdrama”da ilin son premyerası

0

Dekabrın 26-da Akademik Milli Dram Teatrında Həsən Həsənovun “Brüsseldən məktublar” əsəri əsasında hazırladığı “Qürbətdən gələn məktublar” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət sifarişi üsulu ilə hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Janrı iki hissəli dram kimi təyin olunan səhnə əsərində xalq artistləri İlham Əsgərov (Mirzə Fətəli), Laləzar Mustafayeva (Tubu xanım), Hacı İsmayılov (Bencamin Qastino), əməkdar artistlər Elşən Cəbrayılov (Rəşid), Vəfa Rzayeva (Firəngiz və Fransuaza), Əjdər Həmidov (Nəcəf), Kazım Abdullayev (Qriqor Orbeliani), Sabir Məmmədov (Bencamin Qastino), aktyorlar Elnar Qarayev (Rəşid), Şəhla Əliqızı (Firəngiz və Fransuaza) və Elçin Əhmədov (Patrik) ifa edirlər.

 

Tamaşanın xronometrajı 120 dəqiqədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 811

Oxşar yazılar