“Əhmədli”də qadına qarşı cinayət
31 iyul 2017 12:38 (UTC +04:00)

“Əhmədli”də qadına qarşı cinayət

0

Bakıda qadının çantasından oğurluq etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 28-də metronun Əhmədli stansiyasının platformasında Bakı şəhər sakini Nəzrin Mustafayevanın çantasından mobil telefonu oğurlanıb.

 

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Əliyev tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar