“Facebook”da Ramil Usubovun adına saxta profili yaradan şəxs müəyyənləşib
05 iyun 2013 19:32 (UTC +04:00)

“Facebook”da Ramil Usubovun adına saxta profili yaradan şəxs müəyyənləşib

Son günlər sosial şəbəkələrdən birində Azərbaycannın daxili işlər naziri Ramil Usubovun adına daha bir saxta profil açılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib.

O qeyd edib ki, həmin profil saxtadır və Ramil Usubova heç bir aidiyyəti yoxdur: “Bir müddət əvvəl də nazirin adından “facebook” sosial şəbəkəsində iki saxta profil yaradılmış, həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilmişdi. Əvvəlki iki halda olduğu kimi, bu dəfə də saxta profili yaradan şəxs müəyyən edilərək barəsində müvafiq tədbir görülüb. Qeyd etməyi vacib bilirəm ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyəti yoxdur. Nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin Daxili İşlər Nazirliyinin internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırırıq”.

 

# 1082
avatar

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  Ər arvadını boğub öldürdü

Bakıda DƏHŞƏT: Ər arvadını boğub öldürdü

5 may 2024 , 16:28
Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51