Dekabrın 23-də Bakı-Qazax yolunda ağır qəza baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şamaxı rayonunda, Bakı-Qazax yolunda vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb. Hadisə nəticəsində sürücü R.K. Ağamirzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sıxılmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.