[b]“Mercedes” kanala düşdü, ölən var [/b] - YENİLƏNİB
02 avqust 2017 07:28 (UTC +04:00)

[b]“Mercedes” kanala düşdü, ölən var [/b] - YENİLƏNİB

0

Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat saat 05:02-də başa çatıb.

 

***** 06.18

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar