“Neftçi” və “Xəzər Lənkəran” azarkeşləri olay çıxardı
28 may 2013 18:17 (UTC +04:00)

“Neftçi” və “Xəzər Lənkəran” azarkeşləri olay çıxardı

0

Bu gün futbol üzrə Azərbaycan Kuboku yarışının final görüşündən əvvəl “Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri arasında toqquşma olub. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Tofiq Bəhramov adına stadionun qarşısında hər iki komandanın 100-ə yaxın azarkeşi üz-üzə gəlib. Azarkeşlər bir-birlərinə butulka, daş-kəsək atıblar. Polis onları ayırıb.

 

Azarkeşlər tribunalarda yerləşdikdən sonra bir-birlərinin ünvanına nalayiq şüarlar səsləndirməkdə davam ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1418

Oxşar yazılar