Dağıstanın paytaxtı Mahaçqalada xüsusi əməliyyat keçirilib.
Lent.az-ın vest.ru saytına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 7 yaraqlı öldürülüb.
Öldürülənlərdən üçünün şəxsiyyəti məlum olub. Onlardan biri Kizilyurt silahlı qruplaşmasının rəhbəri, “Qafqaz əmiri” Doku Umarovun sağ əli sayılan Hacımurad Dolqatovdur. Digər iki şəxsə gəlincə, onlardan biri Arsen Kuramaqomedov, digəri mənzilin sahibi Şamil Əhmədovdur.
Əməliyyat keçirilən zaman silahlılar divarı dağıdaraq qonşu mənzildəki 6 yaşlı qızı girov götürsələr də, qız azad edilib. Digər öldürülənlərin şəxsiyyəti dəqiqləşdirilir.