“Qalatasaray”dan möhtəşəm qələbə
26 fevral 2013 10:43 (UTC +04:00)

“Qalatasaray”dan möhtəşəm qələbə

0

Türkiyə Superliqasında 23-cü tura “Qalatasaray” – “Orduspor” matçı ilə yekun vurulub. Lent.az-ın məlumatına görə, “Türk Telekom Arena”da keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:2.

Amma matçın ilk yarısı “Cim-Bom”un 0:2 hesablı məğlubiyyəti ilə tamamlanıb. 15-ci dəqiqədə Selçuk İnan topu öz qapısına vurub. 45-ci dəqiqədə isə sabiq “Qalatasaray”lı Boqdan Stanku penaltidən “Orduspor”un ikinci qolunu vurub. Üstəlik, ikinci hissənin əvvəllərində baş məşqçi Fatih Terim texniki zonadan kənarlaşdırılaraq, tribunaya göndərilib. Bununla belə, “sarı-qırmızılar” özünə gələrək, rəqibi 4 dəfə məyus etməyi bacarıb. 58-ci dəqiqədə Uesli Sneyder yeni klubunun heyətində ilk dəfə fərqlənib. 68 və 70-ci dəqiqələrdə Burak Yılmaz “dubl” edib. Matçda son nöqtəni isə Selçuk İnan qoyub. Bu dəfə İnan topu rəqib qapısına göndərib.

Bu qələbə sayəsində xallarını 46-ya çatdıran “Qalatasaray” liderliyini möhkəmlədib. İndi “sarı-qırmızılar”la ən yaxın rəqibi “Fənərbağça”nı 6 xal ayırır. “Orduspor” isə 26 xalla 15-ci pillədədir.  

Idman adi

“Qalatasaray”dan məhtəşəm qələbə

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1373

Oxşar yazılar