“Qasid”in qarşısında etiraz aksiyası
28 dekabr 2012 15:16 (UTC +04:00)

“Qasid”in qarşısında etiraz aksiyası

0

Bu gün "Yeni Müsavat" və "Azadlıq" qəzetinin kollektivi "Qasid" mətbuat yayımı firmasının qarşısında aksiya keçiriblər. Musavat.com-un verdiyi xəbərə görə, qəzetçiləri bu addımı atmağa vadar edən səbəb "Qasid"in qəzetlərə olan borcunu ödəməməsi və bu borcun aylarla üst-üstə yığılıb qalmasıdır. Bunun nəticəsində redaksiyalar əməkdaşlara olan maaş borclarını vaxtında ödəyə bilmirlər.

 

“Qasid”in rəhbəri Mirkazım Kazımov aksiya iştirakçılarını qəbul edib, firmanın işlərinin tezliklə qaydasına düşəcəyini və qəzetlərə olan borcların hissə-hissə ödəniləcəyini vəd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar