<b>49 yaşlı elektriki "tok" vurub öldürdü</b>
18 aprel 2018 23:36 (UTC +04:00)

49 yaşlı elektriki "tok" vurub öldürdü

0

Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vuraraq öldürüb.

 

APA-nın verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun yaxınlığında baş verib.

 

Şəbəkənin elektriki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov Fariz Telman oğlu ərazidə iş görən zaman cərəyan onu vurub. O dərhal xəstəxanaya çatdırılsa da öldüyü məlum olub.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 521

Oxşar yazılar