<b>“Leksus” körpüdən aşdı </b>
03 iyun 2018 00:46 (UTC +04:00)

“Leksus” körpüdən aşdı

0

Bakı-Qazax magistral yolunda avtomobil körpüdən aşıb, xəsarət alan var. APA-nın qərb bürosunun xəbərinə görə, hadisə yolun Samux rayonunun Zazalı kəndi ərazisində baş verib. Gəncədən paytaxt istiqamətində hərəkətdə olan “Leksus” markalı avtomobil magistral yolun üzərindən keçən körpüdən aşıb. Qəza zamanı sürücü Goranboy rayonunun Muzdular kənd sakini 1988 il təvəllüdlü Cəfərov Elşən Arzuman oğlu  ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Vəziyyəti ağır qiymətləndirilir.

 

Fakt araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 475

Oxşar yazılar