Tovuzda yük avtomobili azyaşlını vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini 7 yaşlı Əsgərov Elvin Elnur oğlu yoldan keçən zaman kənd sakini 1992-ci il təvəllüdlü Abbasov İbrahim Nazim oglunun idarə etdiyi mişar daşı ilə yüklü “KAMAZ” markalı yük avtomobili tərəfindən vurulub.
Uşaq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.