<b>Azərbaycan sərhədi yaxınlığında atışma, ölənlər var </b>
23 noyabr 2017 21:33 (UTC +04:00)

Azərbaycan sərhədi yaxınlığında atışma, ölənlər var

0

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.

 

Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.  

 

Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq  Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır. 

 

Atəş açanlardan biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb.

 

Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar