<b>Bakıda "QAZ 31" piyadanı vurdu</b>
05 sentyabr 2017 00:13 (UTC +04:00)

Bakıda "QAZ 31" piyadanı vurdu

0

Bakının Sabunçu rayonunda piyadanı avtomobil vurub.

 

APA-nın məlumatına görə,  Zabrat qəsəbəsi, Şəhər şosesində baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Əliyev Səxavət Fərhad oğlunun idarə etdiyi "QAZ 31" markalı avtomobil bir kişini vurub.

 

Sürücü xəsarətləri ağır olan piyadanı öz avtomobili ilə 3 saylı Xəstəxanaya çatdırıb. Şəxsiyyəti hələ ki məlum olmayan yaralının vəziyyətinin kritik olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar